Azər Əliyev “Atəşgah Həyat Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri təyin olunub.
O, bu vəzifədə Əkbər Mədətlini əvəz edib.
2012-ci ildən etibarən A.Əliyev “Atəşgah” sığorta şirkətində Maliyyə Departamentinin rəisi vəzifəsini tutub.
“Atəşgah Həyat” şirkəti sığorta haqlarının yığımı və ödənişinin həcminə görə Azərbaycanın sığorta şirkətlərinin beşliyinə daxildir. 2016-cı ilin yanvar-oktyabr ayları ərzində şitrkətin sığorta haqlarının həcmi 30 mln. 344,682 min manat, ödənişləri 23 mln. 347,904 min manat təşkil edib. **
A.Əzizov