İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 26-29-da Azərbaycana səfərə gələcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
"M.Vaezinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 26-29-da Azərbaycana səfərə gələcək. Səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək”, - deyə məlumatda bildirilir.
İran nümayəndə heyəti səfər zamanı həmçinin Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.*
A.Əzizov