Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 26-da növbəti depozit hərracında 30 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“AMB dekabrın 26-da keçirdiyi növbəti depozit hərracında cəmi 30 mln. manat cəlb edib, baxmayaraq ki, 50 mln. manat cəlb etməyi planlaşdırıb. Orta ölçülmüş faiz dərəcəsi 14,1% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.**
A.Əzizov