“Expressbank” MasterCard ödəniş sisteminin prinsipal üzvü oldu. Bu barədə bankın məlumatında deyilir.
“Prinsipal üzvlük lisenziyası Prinsipal üzvlüyü olmayan banklara beynəlxalq kartların emissiyası istiqamətində xidmət göstərmək imkanı verir”, - deyə məlumatda bildirilir.
Prinsipal üzvlük lisenziyasını almaq üçün bank kifayət qədər iri olmalı və çoxlu sayda bank kartına xidmət göstərməlidir.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları yerli hüquqi şəxslərdir.*
A.Axundov