Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin reallaşdırılması 2020-ci ilədək 900 mln. manat həcmində investisiya tələb edəcək. Bu barədə dövlət başçısınəın saytında dərc olunan sənəddə deyilir.
“2020-ci ilədək olan dövr üçün Azərbaycannın uyğun qiymətə mənzil təminatı dövlət–özəl resurslardan 900 mln. manat həcmində investisiya qoyuluşu tələb edir”, - deyə sənəddə bildirilir.
Strateji üç hədəf müəyyən edilib: uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi; Mənzil İnşaatı Dövlət Agentliyinə müəyyən strategiya və hədəflərə əsaslanan səlahiyyətlərin verilməsi; uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsi.
“Strateji Yol Xəritəsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq nəticəsində: 2020-ci ildə Azərbaycanın real ÜDM-in 249 mln. manat artacağı; tikinti sektorunda 10 min yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır”, - deyə sənəddə qeyd olunur.
MİDA-nın fəaliyyəti çoxmənzilli binaların tikintisinə icazələrin verilməsinə, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinin təşkil və təmin edilməsinə yönəlib.**
A.Axundov