2015-ci ilin yekunları üzrə "Italdizain Group"un xalis mənfəəti 1 mln. 156 min 871,31 manat təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 17,5% azdır.
Qrupun maliyyə hesabatına əsasən, ötən il “Italdizain Group”un əməliyyat gəliri 56 mln. 174,197 min manat (artım 22,8%) təşkil edib.
Bundan başqa, şirkətin vergi ödənilənədək mənfəəti 1 mln. 339 min 51,16 manat, mənfəət vergisi üzrə ödənişləri 182 min 179,85 manat məbləğində olub.
1 yanvar 2016-cı il tarixinə “Italdizain Group”un aktivləri 13 mln. 85 min 782,83 manata (artım 11,1%) bərabərdir.
Cari ilin əvvəlinə qrupun öhdəlikləri 8 mln. 250 min 593,96 manat (artım 6,9%), kapitalı 4 mln. 835 min 188,87 manat (artım 18,9%), nizamnamə kapitalı 64 min 782,87 manat (artım 1,5%) təşkil edib.
“Italdizain Group” 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərir və bir çox brendlərin eksklüziv distribyutorudur.*
A.Əzizov