Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 28-də 50 mln. manatlıq qısamüddətli notun yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Hərraca hər birinin nominal qiyməti 100 manat olan 500 min ədəd not çıxarılacaq.
Notların tədavül müddəti 28 gün, ödənilmə tarixi 25 yanvar 2017-ci ildir.
AMB 2016-cı ilin noyabr ayından notların yerləşdirilməsi üzrə hərracların keçirilməsini bərpa edib. 21 dekabr 2016-cı il tarixinə 149,51mln. manat məbləğində not dövriyyədədir.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu il AMB-nin 600 mln. manatlıq notunun emissiya prospektini qeydiyyata alıb.*
A.Əzizov