“Azərişıq” ASC Bakı və respublikanın regionlarında 1,2 min komplekt transformator məntəqələrininquraşdırılması üçün tədarükçü seçir. Bu barədə ASC-dən məlumat verilir.
Seçim 8 lotdan ibarət açıq tender üsulu ilə həyata keçirilir. Hər lotda iştirakın dəyəri 400 manat təşkil edir.
Tenderdə son bir il ərzində minimal illik tikinti dövriyyəsi 1,5 mln. manat olan və bu dövr ərzində baş podratçı qismində ümumi dəyəri 1 mln. manatdan artıq olan 6 müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilər.
Tender təklifləri 13 fevral 2017-ci il tarixinədək qəbul olunur. Tender proseduru fevralın 14-də baş tutacaq.**
N.Abbasova