SOCAR Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindənbirində baş vermiş partlayışla əlaqədar qazın sistemə daxil olmasını dayandırıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür”, - deyə məlumatda bildirilir.
Daha əvvəl Fövqəladə Hallar Nazirliyinə istinadən verilən məlumata görə, partlayış Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb.*
N.Abbasova