SOCAR-ın Kompleks Qazma İşləri Tresti “Neft Daşları” yatağındakı yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə şirkətin saytında məlumat verilir.
2647 nömrəli quyu 1637A saylı dəniz özülündən qazılır. Quyunun layihə dərinliyi 1,31 min metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.**
N.Abbasova