Fövqəladə Hallar Nazirliyinin (FHN)Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri Qaradağ rayonunda qaz kəmərində partlayış nəticəsində baş vermiş yanğının söndürülməsinə cəlb olunub. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
“FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1-1,2 m olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayışın baş verməsi barədə məlumat daxil olub”, - deyə məlumatda bildirilir.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
“Yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - deyə məlumatda qeyd olunur.
Daha əvvəl Fövqəladə Hallar Nazirliyinə istinadən verilən məlumata görə, partlayış Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb.
SOCAR Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayışla əlaqədar təbii qazın sistemə daxil olmasını dayandırıb.*
N.Abbasova