Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Cəlilabad rayonu ərazisində narkotik alverçisindən 3,5 kq-a yaxın heroin aşkar edərək götürüblər. Bu barədə nazirliyin məlumatında deyilir.
“Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Almasovdan 3,49 kq heroin və 8,01 kq tiryək aşkar olunaraq götürülüb”, - deyə məlumatda bildirilir.
A.Almasov ilkin dindirmə zamanı ölkəmizə qanunsuz olaraq qaçaqmal yolu ilə keçirilən həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.*
R.Babayev