Azərbaycan 2017-ci ilin I yarısında Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının iclasını keçirməyi nəzərdə tutur. Bu barədə bu gün jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
"Hər iki ölkənin nümayəndələri ilə mütəmadi olaraq işçi görüşlər keçirilir. "Komissiyaların iclasının gələn ilin I yarısında keçirilməsi planlaşdırılır", - deyə o qeyd edib.*
A.Əzizov