2016-cı ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 837 medal qazanıblar. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“Həmçinin, Azərbaycanın aktivində 297 qızıl, 250 gümüş və 290 bürünc medal var”, - deyə nazir bu gün ilin idman yelunlarına dair mətbuat konfransında bildirib.
2015-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 823 medal (321 qızıl, 222 gümüş, 280 gümüş) qazanıblar.
Onun sözlərinə görə, bu il Azərbaycanda 203 respublika turniri və 52 beynəlxalq yarışı keçirilib.
“Azərbaycan yığması 198 beynəlxalq yarışda iştirak edib”, - deyə A.Rəhimov vurğulayıb. **
R.Babayev