Naxçıvan-Məşhəd dəmir yolu ilə illik sərnişin axını 12 min nəfər təşkil edəcək. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Azərbaycan-İran Hökumətlərarası Komissiyanın iclasında bəyan edib.
“Dekabrın 29-da Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə ilk qatar istifadəyə veriləcək”, - deyə Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, bu marşrut ilə illik sərnişin axını təxminən 12 min nəfər təşkil edəcək.
“Bundan başqa, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının ilk mərhələsi başa çatmaq üzrədir. Azərbaycan İranla sərhədə qədər öz hissəsinin tikintisini başa çatdırıb. Həmçinin, Astara çayı üzərindən körpü inşa olunub. Yaxın zamanda İran tərəfi öz hissəsinin tikintisini başa çatdıracaq. Bu günlərdə ikinci mərhələ çərçivəsində işləri müzakirə edəcəyik”, - deyə Ş.Mustafayev vurğulayıb.
İranınrabitə və informasiya texnologiyalarınaziriMahmudVaezinin sözlərinə görə, yaxln 3 ay ərzində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun istifadəsinə başlanacaq. **
A.Axundov