Xarici işlər naziri Elmar Məmmədyarov bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizmlanmasında heç bir təsisat inhisarçılığa iddia edə bilməz.
“Münaqişənin həlli prosesində hər hansı təsisat inhisarçı rola iddia edə bilməz”, - deyə nazir “AzərTAc” dövlət agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı “Ermənistanın ölkəmizə qarşı təcavüz və işğalının nəticələri aradan qaldırılana, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunana qədər bütün müvafiq beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinin gündəmə gətirilməsi siyasətimiz davam etdiriləcək”. **
F.İsazadə