Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, memorandum bu gün Azərbaycan və İran arasında keçirilən biznes-forum çərçivəsində imzalanıb.
Biznes-forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ticarət əməkdaşlığının, o cümlədən region ölkələri ilə üçtərəfli formatda əməkdaşlığın perspektivlərindən söz açıblar.
Tədbirdə sənaye, ASK, tikinti, qida sənayesi, əczaçılıq, avtomobilqayırma, turizm, ticarət, sığorta və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.*
A.Axundov