2017-ci ildə Nazirlər Kabineti dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyanın layihəsini hazırlamalıdır.
Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzaladığı fərmanda Nazirlər kabinetinə bu cür tapşırıq verilib.
“Dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyanın layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılır”, - deyə fərmanda deyilir.
1 iyul 2016-cı il tarixinə Azərbaycanın daxili dövlət borcu 7 mlrd. 297,2 mln. manat, xarici borcu - $7 mlrd. 638,6 mln.-a bərabərdir.
2017-ci il dövlət büdcəsində xarici dövlət borcun xidmət edilməsinə xərclər 1 mlrd. 580,6 mln. manat, daxili borcun - 61,16 mln. manat həcmində nəzərdə tutulur. **
A.Əzizov