Belarusun Azərbaycandakı səfiri GennadiAxramoviç ikitərəfli münasibətlərin uzunmüddətli və sistemli xarakterin daşımasını zəruri hesab edir.
“Biz bu il nəinki qazandıqlarımızı qorumaq, həm də yeni sahələri inkişaf etdirməyə çalışmışıq. Xüsusilə, qarşılıqlı əlaqələrimizə uzunmüddətli və sistemli xarakterin verilməsi vacibdir”, - deyə G.Axramoviç bu gün mətbuat konfransında 2016-cı ilin yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, dünyada maliyyə böhranı səbəbindən, Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi kəskin azalıb.
“Qarşılıqlı ticarət dövriyyəsi $104 mln.-a yaxın təşkil edib. Bu, praktiki olaraq, 50% azalma deməkdir. Cari il Azərbaycan məhsullarının Belarusa ixracı isə 3,7 dəfə artıb”, - deyə səfir qeyd edib.
G.Axramoviç vurğulayıb ki, bu il Belarus ilə Azərbaycan arasında 300 adda mallar üzrə ticarət dövriyyəsi həyata keçirilib ki, onlardan 80-ni yeni malların payına düşür. **
F.İsazadə