Azərbaycan və Belarus arasında GəncəAvtomobil Zavodunda yığılan traktorların üçüncü ölkələrə ixracının genişləndirilməsi imkanı müzakirə olunur.
“2007-ci ildən etibarən GəncəAvtomobil Zavodunda Belarus texnologiyaları ilə 8 mindən artıq traktor buraxılıb. Bundan başqa, qeyd olunan dövr ərzində 3,5 mindən artıq ədədMAZ qoşquları istehsal edilir”, - deyə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.
Onun sözlərinə görə, bu mərhələdə zavodun məhsulları bir sıra üçüncü ölkələrə, o cümlədən, Gürcüstana tədarük edilir.
“Eyni zamanda, həmin məhsulların digər ölkələrə də ixracına dair danışıqlar aparılır. Kommersiya maraqları ilə əlaqədar ölkələrin adlarını açıqlamıram”, - deyə səfir əlavə edib.
G.Axramoviç vurğulayıb ki, hazırda “Belarusa tədarük oluna biləcək məhsulların istehsalının digər detallarının” işlənməsi imkanı müzakirə olunur. **
F.İsazadə