Rusiya və Azərbaycanın insan hüquqları üzrə müvəkkilləri Tatyana Moskalkova ilə Elmira Süleymanova arasında ikitərəfli əməkdaşlıq sazişi imzalanıb.
"Sazişə əsasən, elektron poçtla informasiya mübadiləsinin mümkünlüyü nəzərə alınıb, informasiyanın məxfiliyi barədə tələb ayrıca şəkildə qeyd edilib", - deyə T.Moskalkova İnstagram səhifəsində yazıb.
Onun sözlərinə görə, dövlətlərdə mövcud beynəlxalq hüquqi mexanizmlər əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi strategiyasını müəyyən etməyə kömək edəcək institusional layihələrin işlənib hazırlanması imkanı müəyyənləşdirilib.*