“Azərişıq” ASC Bakı və regionlarda yarımstansiyaların tikintisi və yenidənqurulması üzrə podratçılar seçir. Bu barədə ASC-nin tender elanında qeyd olunur.
Seçim 2 lotdan ibarət açıq tender üsulu ilə həyata keçirilir. Hər lotda iştirakın dəyəri 400 manat təşkil edir.
Tenderdə son bir il ərzində minimal illik tikinti dövriyyəsi 5 mln. manat olan və bu dövr ərzində baş podratçı qismində ümumi dəyəri 5 mln. manatdan artıq olan 3 müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilər.
Tender təklifləri 13 fevral 2017-ci il tarixinədək qəbul olunur. Tender proseduru fevralın 14-də baş tutacaq.**
N.Abbasova