Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Tatyana Moskalkovanı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xəbər verildiyi kimi, bu gün T.Moskalkova ilə azərbaycanlı həmkarı Elmira Süleymanova arasında ikitərəfli əməkdaşlıq sazişi imzalanıb.
Sənəd informasiya mübadiləsinə görə məsuliyyətli şəxslərin təyin olunmasını nəzərdə tutur. Bundan başqa, sazişə əsasən, elektron poçtla informasiya mübadiləsinin mümkünlüyü nəzərə alınıb, informasiyanın məxfiliyi barədə tələb ayrıca şəkildə qeyd edilib. **
F.İsazadə