2018-ci ildə Azərbaycanın regionlarında 10 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək. Bu barədə prezident İlham Əliyev bəyan dib.
“Artıq Azərbaycanda 11 mərkəz var.Onlardan altısı bölgələrdə yerləşir. Gələn il Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq. Gələn il, eyni zamanda, digər iki şəhərimizdə - Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq. 2018-ci ildə ölkədə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq”, - deyə İ.Əliyev bildirib.
Prezidentin sözlərinə görə, indiyədək “ASAN xidmət” mərkəzlərinə 13 mln. müraciət daxil olub.
İ.Əliyev vurğulayıb ki, “ASAN xidmət”in təbiqi korrupsiya ilə mübarizəyə müsbət təsir edib.
Dövlət başçısı kommunal xidmətlərə tariflərin artımı məsələsinə də toxunub. “Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilib. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80%-i işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək”, - deyə İ.Əliyev bildirib.
Prezident bildirib ki, bu, sosial ədalət prinsipidir. “İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər: “Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır”, - deyə İ.Əliyev bəyan edib. **
R.Babayev