Bakı, Moskva və Tehran dövlət başçılarının İranda keçiriləcək növbəti görüşünü müzakirə edir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu məsələ bu gün Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi arasında müzakirə olunub.
“Tərəflər bu ilin avqustunda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini qeyd edərək, bu formatda İranda keçiriləcək növbəti görüşü müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Nazirlər, həmçinin terrorizmə qarşı birgə mübarizə və informasiya mübadiləsinin vacibliyini vurğulayıblar.*
F.İsazadə