Azərbaycan prezident İlham Əliyev miqrantların problemlərinin həlli istiqamətində vahid standartların tətbiqini zəruri hesab edir.
“Problemlərin həll olunması, insan hüquqlarının və multikulturalizm ideyalarının qorunmasında vahid standartların tətbiq olunması məsələsinin müzakirəsinin böyük önəm daşıyır”, - deyə İ.Əliyev Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova ilə görüşdə qeyd etdi. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident bildirib ki, bu gün dünyada, xüsusilə Avropada miqrantlarla bağlı problemlər çox kəskin xarakter alıb, miqrantlara qarşı müəyyən siyasətçilər və kütləvi informasiya vasitələri tərəfindən açıq hücumlar edilir və bu hücumlar məhz multikulturalizm ideyalarına olan hücumlar kimi dəyərləndirilməlidir
Öz növbəsində, T.Moskalkova Azərbaycanın və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkillikləri arasında bu gün imzalanan müqavilənin əməkdaşlığımız üçün keyfiyyət baxımından yeni hüquqi əsas yaratdığını dedi. **
R.Babayev