"YapiKredi Invest" MMC ləğv olunduğunu elan edib. Bu barədə şirkətdən məlumat verilib.
“Kreditorlar iki ay ərzində şirkətə tələblərini bildirə bilərlər”, - deyə məlumatda deyilir.
Bundan əlavə, "Çin Ticarət Evi" MMC və “Merton Investment Holding LTD” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
"YapiKredi Invest" MMC 31 iyul 2007-ci il tarixində yaradılıb və "Yapı Kredi Bank Azerbaycan"ın törəmə strukturudur. Şirkətin nizamnamə kapitalı 110 min manat təşkil edir. **
A.Əzizov