Azərbaycan Gürcüstanın elektrik enerjisi idxalın ümumi həcmndə payını 50%-dək artırmağı planlaşdırır.
Bu barədə çərşənbə günü dərc olunan Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunur.
“Gürcüstanın elektrik enerjisi idxalının 50%-nin, Türkiyənin isə 20%-nin təmin edilməsi nəzərdə tutulur”, - deyə sənəddə deyilir.
Hökumətin məlumatına görə, Energetika Nazirliyi bu layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq. Sənəd 2017-2018-ci illəri əhatə edən dövrdə hazırlanmalıdır.
Bununla belə, sənəddə Azərbaycandan Gürcüstan və Türkiyəyə eklektrik enerjisi tədarükünün hazırki həcmləri, o cümlədən bu ölkələrə elektrik enerjisinin ümumi idxalında Azərbaycanın xüsusi çəkisi qeyd olunmur. **
N.Abbasova