Uşaq əməyinin istismarı, erkən nikahlar və selektiv abortlar 2016-cı ildə Azərbaycanda ailə siyasətinin əsas problemləri olub. Bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin sədri Hicran Hüseynova bəyan edib.
“Əfsuslar olsun ki, uşaq əməyinin istismarı, erkən nikahlar və selektiv abortlar 2016-cı ilin əsas problemləri olub”, - deyə H.Hüseynova cari ilin yekunlarına dair Komitənin kollegiya iclasında bildirib.
O həmçinin qeyd edib ki, boşanan qadınların yaşayış yeri və mülkiyyət hüququndan məhrum olunma, o cümlədən uşaqlar üçün alimentlərin ödənilməməsi bu günə olan mühün problemlərdəndir.
H.Hüseynovanın sözlərinə görə, hesabat dövrü ərzində Komitə tərəfindən uşaq hüquqlarının müdafiəsi siyasətinə dair bir sıra sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
“Eyni zamanda, Uşaq Məcəlləsinin hazırlanması üzərində iş aparılır”, - deyə o qeyd edib.
H.Hüseynova vurğulayıb ki, 2016-cı ildə Komitə məişət zorakılığına dair məlumat bazası haırlayıb, bu cür faktlar araşdırılır.
O əlavə edib ki, Qarabağ zonasında aprel döyüşləri zamanı həmçinin qadın və uşaqlara da maddi və mənəzi zərər dəyib. **
F.İsazadə