Müdafiə naziri Zakir Həsənov əmindir ki, Azərbaycan bayrağı işğal altında olan torpaqlarımızda dalğalanacaq.
“İnanıram ki, Azərbaycan Respublikasının Konustitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli Dövlət Bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız”, - deyə nazirin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikində bildirib.
O vurğulayıb ki, aprel ayında düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusu bölmələrinin keçirdiyi qətiyyətli cavab tədbirləri nəticəsində işğal altında olan ərazilərimizin bir hissəsi azad edildi.*
A.Əzizov