Təxminən 96% məişət zəminində törədilən cinayətlər kişilərin payına düşür. Bu barədə
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bəyan edib.
"Ailə-məişət zəminində törədilən cinayətlərin 95,7%-i kişilərin, 4,3%-i isə qadınların payına düşür" - deyə E.Səfərov bu gün Komiətinin kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, məişət zorakılığını törədən şəxslərin 1,1%-i ali, 3,8%-i orta ixtisas, 3,2%-i ilk peşə ixtisas, 91,9%-i isə tam orta təhsillidir. **
F.İsazadə