Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu itkin düşüb. Bu barədə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb”, - deyə bəyanatda qeyd edilir.
Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.*
F.İsazadə