Azərbaycan hökuməti 2017-2020-ci illərdə istilik təchizatı sistemlərində mövcud problemlərin həlli ilə bağlı müəyyən edilən prioritetlərin həyata keçirilməsi nəticəsində istilik təsərrüfatlarının gəlirlərinin, ümumilikdə, 5,1 milyon manat artacağını proqnozlaşdırır. Bu barədə Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
“İstilik haqlarının ödənişi məqsədilə büdcə təşkilatları üçün müəyyən edilmiş limitlərin tələb olunan faktiki tələbata uyğunlaşdırılması ilə bağlı gəlirlər 3,4 mln. manat, əhali istehlakçı qrupu üzrə istilik tarifinin yaşayış sahəsinə görə deyil, isidilən mənzillərin ümumi sahəsinə görə müəyyən edilməsi ilə bağlı - 1,7 mln. manat təşkil edəcək”, - deyə sənəddə qeyd olunur.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.*
N.Abbasova