Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası itkin düşmüş Azərbaycan hərbçisi ilə bağlı beynəlxalq təşkilatlarla birgə araşdırma aparır.
“Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb”, - deyə Komissiyanın məlumatında deyilir.
Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
“Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Çingiz Qurbanov itkin düşüb. Onun tapılması istiqamətində beynəlxalq təşkilatlarla birgə müvafiq tədbirlər görülür”, - deyə məlumatda vurğulanır. **
R.Babayev