Vergilər Nazirliyi differensiyalaşdırılmış ƏDV dərəcələrinin tətbiqini təxirə salıb. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.
«Biz differensiyalaşdırılmış ƏDV dərəcələrini tətbiq etməyi planlaşdırırdıq, lakin sonda buna hələ hazır olmadığımız qənaətinə gəldik. Bununla belə, nəzərə almaq lazımdır ki, differensiyalaşdırılmış ƏDV dərəcələri bir çox ölkələrdə tətbiq olunur və gələcəkdə bizdə də tətbiq ediləcək», - deyə o bildirib.
S.Ələkbərovun sözlərinə görə, belə qərarın qəbul edilməsinə səbəb vergi ödəyicilərinin uçotunun aparılmasında çətinliklərin və digər inzibati məsələlərin yaranacağı ilə əlaqədardır.
Azərbaycanda ƏDV dərəcəsi 18% təşkil edir.*
A.Axundov