Rəsmi Bakı Ermənistan-Azərbaycan sərhədində baş verən hadisə ilə bağlı Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının baş katibi Nikolay Bordyujanın açıqlamasını qəbuledilməz hesab edir.
“Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Ermənistan Azərbaycan sərhədindəki məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik. Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir. Bu, KTMT-nin baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə ziddir”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. **
F.İsazadə