2016-cı ildə bağlanan 10 bankın əmanətçilərinə ümumilikdə 721,667 mln. manatdan artıq kompensasiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
"Texnikabank" ASC-nin əmanətçilərinə 120,152 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,148 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 976 min manatdan artıq kompensasiya ödənilib.
Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçiləri 52,461 mln. manat, “Parabank” ASC-nin əmanətçiləri 42,937 mln. manat, “Kredobank” ASC-nin əmanətçiləri 27,77 mln. manat, “Dekabank” ASC-nin əmanətçiləri 3,022 mln. manatdan artıq kompensasiya alıblar.
“Atrabank” ASC-nin əmanətçilərinə 14,27 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1,974 mln. manat kompensasiya ödənilib.
“Bank Standard”ın əmanətçilərinə 433, 957 mln. manatdan çox kompensasiya ödənilib.**
A.Axundov