Milli Məclisin deputatı Qüdrət Həsənquliyev İsrail ilə ikitərəfli əməkdaşlığı daha yüksək səviyyədə qurmağın zəruriliyini qeyd edib.
“İranın müdafiə naziri Hüseyn Dehqan bəyan edib ki, onlar İsrailin regionda, o cümlədən Azərbaycanda fəaliyyətinə dözməyəcəklər. İndi İran nə edəcək? Azərbaycanı işğal edəcək?”, - deyə deputat bu gün parlamentdə iranlı nazirin bəyanatına münasibət bildirərkən sual edib.
O həmçinin vurğulayıb ki, Azərbaycan İsraillə Türkiyə arasında yaxşılaşan münasibətlərə öz töhfəsini verməlidir. “Düşünürəm ki, Azərbaycanın İsraildə səfriliyini açmağın zamanı gəlib”, - deyə Q.Həsənquliyev bəyan edib.
Parlamentin spikeri Oqtay Əsədov qeyd edib ki, İran Azərbaycanın daxili işlərinə müdaxilə etmir. “İran müstəqil siyasət yürüdür və daxili şiyasətimizə qarışmır. Buna görə, bu cür məsələlərə daha diqqətli yanaşmaq lazımdır”, - deyə o vurğulayıb. **
R.Babayev