Milli Məclis 31 dekabr - DünyaAzərbaycanlılarının Həmrəylik Günümünasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib.
“Bütün dünya azərbaycanlılarının səylərinin briləşdirilməsi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasını yaxınlaşdırmaq və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməyə qadırdir”, - deyə vitse-spiker Bahar Muradovanın oxuduğu müraciətdə deyilir.
Müraciətdə qeyd olunub ki, ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunan torpaqlarına qayıtması Azərbaycan üçün ən vacib məsələdir. “Azərbaycan rəhbərliyi həmvətənlərlə əlaqələrin möhkəmlənməsinə mühüm önəm verir, yaşadıqları ölkədən asılı olmayaraq, onlara qayğı ilə yanaşır”, - deyə sənəddə vurğulanır.
Müraciət müəllifləri qeyd edirlər ki, Azərbaycan xalqı ölkənin uğurlu inkişafını prezident İlham Əliyevlə əlaqələndirir. “Əziz həmvətənlər! Sizi ümummilli məqsədlərin reallaşdırılması və milli maraqların müdafiəsi naminə birliyə çağırırıq”, - deyə müraciətdə qeyd edilir.
Bu gün Milli Məclisinin payız sessiyası başa çatıb. **
R.Babayev