2016-cı ildə manat əsas tərəfdaş ölkələrin valyutalarına qarşı ucuzlaşıb.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, ötən il manat dollara qarşı 13,4337%, avroya qarşı 10,3522% ucuzlaşıb.
2016-cı ildə manat rus rubluna qarşı 36,2791% ucuzlaşıb.
Hesabat ilində manat türk lirəsinə qarşı 4,7411% möhkəmlənib.
Qeyd edək ki, 2015-ci ildə manatın iki dəfə devalvasiyası nəticəində manat dollara qarşı 98,8%, avroya qarşı 79% ucuzlaşıb.*
A.Əzizov