2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 4-dək Azərbaycan ərazisində baş vermiş 23 yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər həlak olub, 41 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 360 cinayət faktı qeydə alınıb, onların 68-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 133 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.*
R.Babayev