Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 21 ədəd mobil telefonun qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat verir.
“Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanılıb. Yoxlama zamanı həmin şəxsin üzərində 3 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu, 17 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonu, 1ədəd “İphone 7 Plus 128 GB” markalı mobil telefon aşkar olunub”, - deyə məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə