Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2016-cı ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş 63 nəfər şəxsə müxtəlif növ yardımlar göstərib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Bundan başqa, 2016-cı ildə 30 nəfər potensial insan alveri qurbanına yardımların göstərilməsi təmin edilib.
Hesabat ilində 33 nəfərin məşğulluğunun təmin edilməsi, 15 nəfərin peşə hazırlığına cəlb olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq tədbirlər görülüb. Ümumilikdə 41 nəfərə hüquqi, 46 nəfərə psixoloji, 22 nəfərə tibbi yardım göstərilməsi üçün aidiyyəti işlər aparılıb.*
R.Babayev