Azərbaycanın gömrük orqanları İrana 110 litr həcmdə spirtli içkilərin qaçaqmalçılıq yolu ilə aparılması cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olanməlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana gedən İran vətəndaşı Abdolı Mahmood Bahar Alının idarə etdiyi “Scania” markalı, sərnişin avtobusu saxlanılıb və nəqliyyat vasitəsi əsaslı şəkildə yoxlanılıb. Yoxlama zamanı, avtobusun arxa təkərinin üstündə yük üçün nəzərdə tutulan yerdən, həmin yerin metal döşəməsinin altındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsüldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, Azərbaycanın aksiz markası ilə markalanmış 110 ədəd müxtəlif adda birlitrlik araqlar aşkar edilərək götürülüb”, - eyə məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə