2016-cı ildə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq müraciət daxil olub. Bu barədə stansiyanın baş həkiminin müavini İradə Əliyeva bildirib.
“Ötən il stansiyaya 681 mindən artıq müraciət daxil olub. Daxil olan müraciətlərə əsasən 63 mindən çox halda xəstə və zərərçəkən xəstəxanalara yerləşdiriliblər”, - deyə İ.Əliyevə cümə günü 2016-cı ilin yekunlarına dair mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, 2015-ci illə müqayisədə daxil olan müraciətlərin sayı 36 min çox olub.
“Uşaqlar üçün edilən çağırışların sayı 83 mindən artıq idi, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən çoxdur”, - deyə İ.Əliyev vurğulayıb.
O bildirib ki, çağırışların əksəriyyəti ürək-damar sistemi, miokard infarktı və insultla bağlı olub. “2016-cı ilodə miokard infarktı ilə müraciətlərin sayı 1 minə yaxın idi, 940-a yaxın şəxs hospitalizasiya olunub, insultla müraciətlərin sayı 3,3 min idi, 2,95 min xəstə hospitalizasiya olunub”, - deyə İ.Əliyevə məlumat verib.
Ötən il doğuşla bağlı müraciətlərin sayı 3310 olub, 3290 nəfər hospitalizasiya olunub.
“2016-cı ildə avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub”, - deyə İ.Əliyeva bildirib.
Hər gün Bakıda orat hesabla stansiyaya 2 minə yaxın çağırış daxil olur, bayram günlərində isə müraciətlərin sayı artır.
“İl ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2 mindən çoxdur”, - deyə İ.Əliyeva vurğulayıb. **
R.Babayev