Ötən gün Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 79 cinayət faktı qeydə alınıb, onların 25-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 37 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
F.İsazadə