Bakıda hotellərin birində turistlərdən şəxsi əşyaların və zinət əşyalarının oğurlanmasında şübhəli bilinən Azərbaycan vətəndaşı polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Hotellərdən birində Birləşmiş Ərəb Əmirliyi vətəndaşlarının yaşadıqları otaqlardan geyim əşyaları və 1,5 min avro dəyərində brilyant qaşlı boyunbağı oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Aylana Hacıyeva tutulub”, - deyə məlumatda deyilir.**
F.İsazadə