Azərbaycan-İran əczaçılıq zavodunun tikintisinin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edəcək. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevbəyan edib.
“Yanvar ayında İran ilə də birgə müəssisə formasında əczaçılıq zavodunun təməlinin qoyulması nəzərdə tutulur.Layihənin birinci mərhələsinin dəyəri 20,5 mln. ABŞ dolları olacaq və bu zaman 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitələri istehsal ediləcək”, - deyə Ş.Mustafayev “AzərTAc” dövlət agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır.
Xəbər verildiyi kimi, 2017-ci il il yanvarın ayının ilk yarısında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulacaq. **
A.Axundov