2016-cı ildə Heydər Əliyev Beynəlxalq Hava Limanı 3,26 mln. sərnişinə xidmət göstərib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) məlumatında qeyd edilir.
“Heydər Əliyev Beynəlxalq Hava Limanı 2016-cı ildə 3,26 mln. sərnişinə xidmət göstərib ki, bu da Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir. Sərnişin dövriyyəsinin 83,5%-i beynəlxalq daşımaların payına düşüb”, - deyə məlumatda deyilir.
2016-ci ildə Bakıya AZAL milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib. Xaricə gedən sərnişinlərin 51,3%-i AZAL-ın payına düşüb.
Populyar xarici aviaşirkətlərin beşliyinə Turkish Airlines, “Аэрофлот”, S7 Airlines, FlyDubai və Qatar Airways daxil olub.
Məlumata əsasən, İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edib. Bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 mln. nəfər təşkil edib.
2016-cı ildə Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komiaviatrans aviaşirkətləri və Rusiyanın Pobeda lou-kosteri Azərbaycana uçuşlara başlayıb.
2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Mahan Air”, “Комавиатранс” aviaşirktləri, həmçinin Rusiyanın «Победа» loukosteri Azərbaycanda uçuşların həyata keçirilməsinə başlayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Heydər Əliyev Beynəlxalq Hava Limanı illik 9 mln. sərnişinə xidmət üçün nəzərdə tutulub. **
N.Abbasova