Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 9-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7742 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 9-na manatın avroya nisbətən rəsmi məzənnəsi yanvarın 6-da qeydə alınmış 1,8773 manat/1EUR səviyyəsinə qarşı 1,8677 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,5114% möhkəmlənib.
AMB yanvarın 9-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini yanvarın 6-na olan 0,0299 manat/1RUR səviyyəsinə qarşı 0,0298 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,3344% möhkəmlənib.**
A.Əzizov